Bank Of Baku

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ən fəal mədəniyyət işçilərini mükafatlandırıb

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ən fəal mədəniyyət işçilərini mükafatlandırıb
# 22 dekabr 2009 15:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 22-də “Golden Ring” restoranında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin 2009-cu ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qatıldığı mərasimdə ilin ən fəal mədəni-maarif müəssisələrinin və mədəni-maarif işçilərinin müəyyən edilməsi üçün keçirilmiş müsabiqənin yekunları açıqlanıb. “Ən yaxşı musiqi müəllimi”, “Ən fəal kitabxana”, “Ən fəal mədəniyyət evi”, “Ən fəal muzey”, “Hərbi-vətənpərvərlik sahəsində göstərilən mədəni xidmətə görə”, “Ən yaxşı bədii rəhbər”, “Ən yaxşı kitabxanaçı”, “Ən yaxşı mədəni-maarif işçisi”, “Ən yaxşı muzey işçisi”, “Ən yaxşı qoruq işçisi”, “Ən yaxşı xalq kollektivi” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.

Mükafatlandırma mərasimində əməkdar artist Ədalət Şükürov, müğənni Samirə, “N brothers” qrupu, “Aysel” rəqs qrupu və digərləri musiqi nömrələri ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR