Bank Of Baku

2011-ci ildə dövlət vəsaiti hesabına istehsala buraxılacaq tammetrajlı bədii filmlərin ssenarilər müsabiqəsi elan edilib

2011-ci ildə dövlət vəsaiti hesabına istehsala buraxılacaq tammetrajlı bədii filmlərin ssenarilər müsabiqəsi elan edilib
# 24 dekabr 2009 08:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspert Şurası 2011-ci ildə dövlət vəsaiti hesabına istehsala buraxılacaq tammetrajlı bədii filmlərin ssenarilər müsabiqəsini elan edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə ayrı-ayrı müəlliflər və nazirliyin tabeçiliyində olan dövlət studiyaları tərəfindən təqdim olunan işlər iştirak edə bilər.
Müsabiqə iki mərhələdə keçiriləcək. Məlumatda bildirilib ki, 2010-cu il yanvarın 5-dən fevralın 28-dək kinossenarilərin sinopsisi (10 səhifəyədək) üç nüsxədə Ekspert Şurasına təqdim edilməlidir. Qaliblərinin adları 2010-cu il martın 12-dək açıqlanacaq və onlara ədəbi ssenarilər üzərində işlənməsi təklif olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR