Bank Of Baku

Bakıda Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalının açılış mərasimi keçirilib – FOTOSESSİYA

Bakıda Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalının açılış mərasimi keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 24 dekabr 2009 13:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 24-də Muzey Mərkəzində Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sərgi qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, bu sahədə qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması, milli mənəvi dəyərləri kompleks halında özündə birləşdirən dekorativ sənət növlərinin təbliği və qorunması, bölgələrdə mədəni mühitin daha da canlandırılması məqsədi ilə keçirilib. Festivalda dekorativ-tətbiqi sənət əsərləri xalçaçılıq, qobelen, toxunma qrafika, bədii oyma, dulusçuluq, bədii tikmə, bədii şüşə, toxuma, makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə üslubunda əsərlər nümayiş etdirilir. Hazırkı sərgi isə festivalın yekun sərgisidir. Bu sərgidə artıq regional mərkəzlərdə keçirilmiş sərgilərdən Festivalın Təşkilat komitəsi tərəfindən seçilmiş bədii əhəmiyyəti ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur.

Açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov bildirib ki, respublikanın bütün şəhər və rayonlarını əhatə edən Festivalın bağlanışından sonra yekun sərgidə nümayiş etdirilən əsərlərdən ibarət nəfis tərtibatlı kataloq çap olunacaq.
Dekabrın 30-na kimi nümayişi davam edəcək sərgidə Azərbaycanın milli musiqi alətləri, xalçalar, milli geyimlərdə kuklalar, Azərbaycanın tarixi məkanların əks olunduğu əl işləri nümayişə çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR