Bank Of Baku

Borçalıda Aşıq Aslan Kosalının 80 illik yubileyi qeyd edilib

Borçalıda Aşıq Aslan Kosalının 80 illik yubileyi qeyd edilib
# 24 dekabr 2009 23:44 (UTC +04:00)
Bakı – APA. Qardabani rayon Mədəniyyət Evində “Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Aşıq Aslan Kosalının 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Cəmiyyətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən gələn qonaqlar, orada fəaliyyət göstərən qurumların nümayəndələri, Bakıdan gələn qonaqlar, alimlər, Gürcüstanın hökumətinin nümayəndələri, Təbrizdən təşrif buyurmuş Böyük bəy, Aşıq Muxtar Qayabaşı və digər şəxslər iştirak edib.

Tədbirin aparıcısı Dərviş Osman (Əhmədoğlu) tamaşaçıları salamlayaraq sözü yubileyin səbəbkarı Aşıq Aslan Kosalıya verib. Aşıq Aslan məclisin ərsəyə gəlməsində köməyi olmuş hər kəsə öz təşəkkürünü bildirərək “Divani” saz havasını ifa edib.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Kvemo-Kartli bölgəsinin qubernator müavini Hüseyn Yusifov, Qardabani rayon İcra Hakimiyyətinin başçısı Zviad Qoçiridze, ARDNŞ-nin nümayəndəsi Arif Əliyevvə başqaları Aşıq Aslanı xüsusi hədiyyələr və diplomlarla təltif ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR