Bank Of Baku

Milli Azərbaycan Tarixi Muzeyində “Sualtı arxeologiya – 40 il” sərgisinin açılışı olub

Milli Azərbaycan Tarixi Muzeyində “Sualtı arxeologiya – 40 il” sərgisinin açılışı olub
# 28 dekabr 2009 10:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 28-də Milli Azərbaycan Tarixi Muzeyində Viktor Kvaçidzenin xatirəsinə ithaf olunmuş “Sualtı arxeologiya – 40 il” sərgisinin açılış və müəllifin “Xəzər Atlantidası” kitab-albomunun təqdimat mərasimi keçirilib. Muzeyin mətbuat xidmətindən APA-ya bildirilib ki, “Sualtı arxeologiya – 40 il" sərgisində Xəzər dənizinin Azərbaycan sahilindən sualtı arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş 100-ə qədər eksponat nümayiş etdirilib. İlk dəfədir ki, tamaşaçılara təqdim olunan bu eksponatlar I Bəndovan, II Bəndovan, Qırxçıraq, Səngi-Muğan, Bilgəh, Bakı buxtası və Dübəndi sahillərində sualtı arxeoloji tədqiqatlar zamanı aşkarlanıb. Viktor Kvaçidzenin həyat və fəaliyyətini əks etdirən sənədlər, gündəliklər, fotolarla yanaşı, onun əl işləri – rəsmləri, ağac və daş üzərində oymalar da bu sərgidə nümayiş olunur.
Sərgi çərçivəsində həmçinin “Xəzər Atlantidası” kitab-albomu da təqdim edilib. Kitab sualtı arxeoloji ekspedisiyanın nəticələrindən bəhs edir. Kitabın sonuna Muzeyin daimi ekspozisiyasındakı və hazırki sərgidəki arxeoloji materialların kataloqu verilib. Kataloqun nəşr olunmasına SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası dəstək verib.
Sərgi 2010-cu il yanvarın 18-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR