Bank Of Baku

Londonda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Londonda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 28 dekabr 2009 10:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn ilin fevralın Böyük Britaniyanın paytaxtı London şəhərində Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ənvər Qarayevin APA-ya verdiyi məlumata görə, Londonda Azərbaycan Mədəniyyət Günlərinin 1-8 fevral tarixlərində keçirilməsi nəzərdə tutulur. Mədəniyyət Günlərində Azərbaycan rəssamlarının da əsərlərinin sərgisi təşkil olunacaq. Ə. Qarayev bildirib ki, səkkiz günlük Mədəniyyət Günlərində Eldar Mikayılovun əsərləri, Lətif kərimovun eskizləri əsasında toxunmuş Azərbaycan xalçaları, Mübariz Əkbərovun bədii metallardan düzəltdiyi əl işləri, Tamilla Qurbanova və Elmira Abbaslının kuklaları, Rauf İsmayılovun bədii keçələri, Hətəm Yusipovun qobelenləri nümayiş olunacaq. İttifaq katibinin sözlərinə görə, mədəniyyət Günləri çərçivəsində Azərbaycan rəssamlarının sərgisinin Londonun mərkəzi sərgi salonlarından birində keçirilməsi gözlənilir. Bundan əlavə Mədəniyyət Günlərində Azərbaycan rəqqaslarının da iştirakı ilə milli rəqslərin ifası nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR