Bank Of Baku

Gələn il Azərbaycanın bir sıra teatr və kitabxanalarında yenidənqurma-bərpa işləri aparılacaq

Gələn il Azərbaycanın bir sıra teatr və kitabxanalarında yenidənqurma-bərpa işləri aparılacaq
# 29 dekabr 2009 09:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Dövlət Musiqili Komediya Teatrında və Mirzə Fətəli Axundov adına Milli Kitabxanasında yenidənqurma işləri aparılacaq. APA-nın məlumatına görə, gələn ilin planları barədə jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gələn il əsaslı təmirdən sonra bir sıra mədəniyyət müəssisələrinin açılışı olacaq: “İlk öncə biz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, eləcə də Mingəçevir Dövlət Dram Teatrının əsaslı təmirini tamamlamalıyıq. Gələn ilin sonuna kimi “Nizami” kinoteatrının təmir-bərpa işlərini tamamlamaq niyyətindəyik. Qobustan qoruğunun yeni muzeyinin və ekspozisiyasının yaradılması da gələn ilin planına daxildir. Qobustan qoruğunun YUNESKO-nun siyahısında olmasını nəzərə alaraq, bunun təqdimatını da keçirməyi planlaşdırırıq. Davamlı olaraq, 2011-ci ilə Xalça Muzeyinin yeni binasının tikintisinin yekunlaşması, Şəkidə Karvansaranın bərpasını, Mirzə Fətəli Axundov adına Milli Kitabxananın, Opera və Balet Teatrının, eləcə də Musiqili Komediya Teatrının yenidən qurulmasının başa çatdırılması nəzərdə tutulur. Şahdağ Qış-Yay İdman Turizm Kompleksinin tikintisi artıq gedir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR