Bank Of Baku

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin saytı yaradılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin saytı yaradılıb
# 29 dekabr 2009 10:03 (UTC +04:00)
Bakı-APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin saytı fəaliyyətə başlayıb. Bu barədə APA-ya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Məlumata görə, saytın ünvanı www.icherisheher.gov.az.dır.

Qeyd olunub ki, sayt Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində fəaliyyət göstərməyə başlayıb.

Saytın mütəmadi olaraq yenilənən xəbərlər bölməsində İçərişəhərdə baş verən hadisələr, keçirilən tədbirlər barədə məlumatlar əks olunur. Qoruq ərazisində yerləşən abidələr, onların tarixi haqqında ətraflı məlumat, turistlər üçün faydalı olacaq informasiya, o cümlədən turist marşrutları, burada yerləşən muzeylər, mehmanxana və restoranlar haqqında məlumat yerləşdirilib.
Saytda həmçinin İçərişəhərin keçmişini, indiki durumunu əks etdirən rəsmlər, fotoşəkillər, açıqcalar və videomateriallardan ibarət guşə də yaradılıb.

İlkin olaraq Azərbaycan dilində fəaliyyət göstərən saytın gələcəkdə bir sıra xarici dillərdə də fəaliyyət göstərməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR