Bank Of Baku

Akademik Milli Teatrın kollektivi uşaqlar üçün yeni il tamaşası hazırlayır

Akademik Milli Teatrın kollektivi uşaqlar üçün yeni il tamaşası hazırlayır
# 29 dekabr 2009 11:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Teatrının kollektivi kiçik tamaşaçılar üçün yeni il hədiyyəsi hazırlayır. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektivin ifasında X. Həsənovanın “Tülkü, tülkü, tünbəki…” nağıl-tamaşası səhnələşdiriləcək. Tamaşanın quruluşçu rejissoru “Yuğ” Teatrının bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğludur. “Tülkü, tülkü, tünbəki…” tamaşası bu ilin sonunda balaca tamaşaçılara təqdim olunacaq. Baş rolları əməkdar artist Kazım Abdullayev, artistlər Rəşad Bəxtiyarov, Elnur Qədirov, Şəlalə Şahvələdqızı, Şəhla Əliqızı, Rada Nəsibova, Elnar Qarayev, Güney Əkbərova, Toğrul Kamalov, Nigar Güləhmədova, Ruqiyyə Heydərova, Rauf Əhmədov ifa edəcəklər.

Hazırda milli teatrın binasında əsaslı təmir işləri aparıldığı üçün tamaşalar dekabrın 29-dan yanvarın 6-dək gündə 5 dəfə Aktyor Evində səhnələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR