Bank Of Baku

Finlandiyalı bəstəkar Gövhər Həsənzadəyə əməkdaşlıq təklif edib

Finlandiyalı bəstəkar Gövhər Həsənzadəyə əməkdaşlıq təklif edib
# 29 dekabr 2009 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı bəstəkar Gövhər Həsənzadə finlandiyalı bəstəkar Herm Rexbergerlə əməkdaşlıq edəcək. Bu barədə APA-ya məlumat verən bəstəkarın mətbuat katibi Ceyran Nəriman deyib ki, əməkdaşlıq təklifi finlandiyalı bəstəkardan gəlib. O bildirib ki, H. Rexberger bir vaxtlar eksperiment olaraq yaratdığı “Alovlar” Estrada Orkestrini G. Həsənzadə ilə birgə bərpa etmək niyyətindədir: “Finlandiyalı bəstəkar 2008-ci ildə keçirilən “Eurovision” müsabiqəsində səslənən “Day after day” mahnısından sonra Gövhər Həsənzadənin yaradıcılığı ilə maraqlanmağa başlayıb. Bu mahnıdakı şərq boğazları, Avropa musiqisi ilə sintez, Azərbaycan təmsilçilərinin ifası, bəstəkarın çox maraqlı bəstəsi onu o qədər valeh edib ki, düz bir il Gövhər Həsənzadənin yaradıcılığını izləyib və bütün nailiyyətləri ilə yaxından tanış olub. Şərq və Qərb musiqilərini məharətlə sintez edən Gövhər xanımın yüksək yaradıcılıq potensialını görən Rexberger qəti əmin olub ki, məhz bu bəstəkarla birgə yenidən orkestr arzusunu gerçəkləşdirə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR