Bank Of Baku

Daşkəsəndə V əsrə aid alban məbədi uçmaq təhlükəsi ilə üzləşib

Daşkəsəndə V əsrə aid alban məbədi uçmaq təhlükəsi ilə üzləşib
# 08 yanvar 2010 19:15 (UTC +04:00)
Daşkəsən. Ayxan Hüseynov - APA. Daşkəsən rayonunda əvvəllər cəmi 17 abidə qeydə alınmışdısa, hazırda 61 tarixi abidə qeydiyyatdadır.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yeni qeydiyyata alınan tarixi abidələrdən biri rayonun Bayan kəndində meşə massivinin içində yerləşən alban məbədidir. V əsrə aid edilən məbəd baxımsızlıqdan uçmaq təhlükəsi ilə üzləşib.

Abidənin bu vəziyyətə düşməsi vaxtilə ermənilərin bu abidələr üzərində saxtakarlıq edib alban mədəniyyətinə aid elementləri silərək özlərinə aid elementləri əks etdirməsi və bunun nəticəsində yerli əhalinin onu erməni abidəsi zənn edib dağıtmağa cəhd etməsi olub. Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib. Bunun qızıl küpləri olacağını güman edənlər tarixi əhəmiyyətli abidənin divarlarını uçurmaqdan və ətrafını qazmaqdan belə çəkinməyiblər.

Daşkəsən rayon Mədəniyyət Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, turizmin inkişafı üçün abidə haqda məlumat toplanaraq, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Gələcəkdə burada turizm kompleksinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR