Bank Of Baku

Gəncədə Cavad Xanın xatirəsinə həsr olunmuş açıq tamaşa nümayiş etdirilib

Gəncədə Cavad Xanın xatirəsinə həsr olunmuş açıq tamaşa nümayiş etdirilib
# 12 yanvar 2010 13:51 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncədə Gəncə xanlığının sonuncu xanı Cavad Xan Ziyadxan oğlu Qacarın xatirəsinə həsr olunmuş bədii səhnə nümayiş etdirilib. Cavad Xanın məqbərəsi önündə təşkil edilmiş kompazisiyada Gəncə Dövlət Dram Teatrının aktyorları iştirak edib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tamaşada 1786-cı ildən Gəncə xanlığını idarə edən Cavad xanın rus işğalçılarına qarşı qeyri-bərabər döyüşlərdə göstərdiyi qəhrəmanlıq səhnələri yer alıb. Yazıçı Məmməd Alimin “Cavad xan” əsərinin motivləri əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Vaqif Şərifovdur.

Tamaşa Cavad xanın xatirəsinə xanlıq dövründə istifadə edilən simvolik toplardan və avtomatlardan açılan yaylım atəşləri ilə başa çatıb. Bundan sonra hərbi marş sədaları altında simvolik Cavad xan ordusunun, “N” saylı hərbi hissə əsgərlərinin və hərbi texnikanın təntənəli keçidi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR