Bank Of Baku

Azərbaycan kulinarları bu il bir neçə beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan kulinarları bu il bir neçə beynəlxalq festivalda iştirak edəcək
# 12 yanvar 2010 21:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Milli Kulinariya Mərkəzi 2010-cu ildə bir neçə beynəlxalq çempionatlarında iştirak edəcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, ilk beynəlxalq tədbir yanvarın 24-28-dək Santyaqo-Çilidə keçiriləcək. Həmin müddətdə Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və tərcüməçi Günel Poladova Vaksın 34-cü konqresində iştirak edəcəklər.

18-21 mart tarixlərində kulinarlarımız İstanbulda Beynəlxalq Qastronomiya Çempionat Festivalında iştirak edəcəklər. Kulinarlarımız tərəfindən bu ilin növbəti təmsilçiliyi isə Xorvatiyada keçiriləcək “Mirvalili dəniz” çempionat-festivalında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR