Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi “Zirvə” mükafatı üçün müsabiqə elan edib

Mədəniyyət və Turizm Nazirliyi “Zirvə” mükafatı üçün müsabiqə elan edib
# 13 yanvar 2010 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi ənənəvi “Zirvə” mükafatları üçün müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətinin katibi İntiqam Hümbətov APA-ya bildirib ki, təqdimatlar fevralın 15-dək teatr-tamaşa, konsert, elmi-tədqiqat müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir. Qaliblərin hər birinə 5000 (beş min) manat məbləğində pul mükafatı verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, üç ildir təsis edilən “Zirvə” mükafatı teatr, musiqi, təsviri sənət və kino sahəsində çalışanlara təqdim olunur. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR