Bank Of Baku

Ordubadda qədim “Şərq hamamı” bərpa olunub

Ordubadda qədim “Şərq hamamı” bərpa olunub
# 13 yanvar 2010 21:27 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev – APA. Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda qədim “Şərq hamamı” bərpa olunub.

Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, XVIII-XIX əsrlərə aid tikili bərpa və yenidənqurmadan sonra ilkin görkəminə qaytarılıb.

Binada elmi əsaslarla uzun müddət solmayan rənglərdən istifadə olunub, fasad dekorativ kərpiclərlə üzlənib, kaşılarla naxış salınıb. Hamamın günbəz hissəsi yenidən qurulub, üzərinə latun təbəqə vurulub. Bərpa və yenidənqurma işləri Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsinin mütəxəssisləri tərəfindən həyata keçirilib.

“Şərq hamamı” Ordubad Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən qədim memarlıq abidəsi kimi 4-277 saylı inventar nömrə ilə qorunur. Tarixi tikili 1990-cı ilədək istifadədə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR