Bank Of Baku

Müslüm Eldarov adına “Ənənə və Müasirlik” Bakı 2009 III beynəlxalq fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOSESSİYA

Müslüm Eldarov adına “Ənənə və Müasirlik” Bakı 2009 III beynəlxalq fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb - <font color=red>FOTOSESSİYA </font>
# 14 yanvar 2010 09:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Muzey Mərkəzində Müslüm Eldarov (1956-2003) adına “Ənənə və Müasirlik” Bakı 2009 III beynəlxalq fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədli deyib ki, hazırkı müsabiqə 2001 və 2005-ci illərdə keçirilmiş eyni adlı müsabiqələrin məntiqi davamıdır: “Bu geniş miqyaslı mədəni layihənin həyata keçirilməsi təşəbbüskarı bilavasitə rəssam və ictimai xadim, vətəndaş və sözün əsl mənasında vətənpərvər bir şəxs olan Müslüm Eldarova məxsus idi. Foto sənəti həqiqətən bədii yaradıcılığın ən aydın və demokratik növü hesab edilə bilər. Bu sənət növü peşə statusundan və sosial durumundan asılı olmayaraq çox geniş kütlələrə özlərinin fikir və ideyalarını bədii formada əks etdirməyə, sadə vasitələrlə baş verənlərə fərdi münasibətlərini birldirməyə imkan verir”.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə bu cür foto-müsabiqələrin məhz geniş imkanlar açan cəmiyyətin formalaşdırılması, insanların tolerantlığı və onların mədəniyyət vasitəsilə yaxınlaşdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, heykəltəraş Ömər Eldarov oğluna həsr olunan bu müsabiqənin önəmliliyindən söz açıb: “Bu müsabiqəyə Müslümün adını verdiyiniz və onun adını yaşatdığınız üçün təşəkkür edirəm. Həqiqətən də bu müsabiqə bizim üçün çox qiymətlidir”. ”Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov da öz növbəsində qalibləri təbrik edib.

Daha sonra tədbirdə qaliblərinin mükafatlandırılması keçirilib. Müsabiqənin qran-pri mükafatına latviyalı foto-rəssam Qunar Bindi layiq görülüb. A kategoriyası üzrə I yerə “İçərişəhər” əsərinə görə azərbaycanlı fotoqraf Leyla Güləliyeva, II yerə azərbaycanlı fotoqraf Tahir Məmmədov, III yerə qazaxıstanlı fotoqraf Feliks Şparbert layiq görülüb.
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monoko, Türkiyə, Qazaxıstan, Latviya, Ukrayna fotoqrafları iştirak ediblər.

Müsabiqənin qran-pri sahibinə 1000 ABŞ dolları, I yerin qalibinə 400 ABŞ dolları, II yerin sahibinə 300 ABŞ dolları, II yerin qalibinə isə 200 ABŞ dolları təqdim edilib. Eləcə də müsabiqə iştirakçılarına hər biri 100 ABŞ dolları məbləğində həvəsləndirici mükafatlar verilib. Müsabiqənin təşkilatçıları Anglo-Caspian Publishing Ltd., Bakı İncəsənət Mərkəzi və Londondakı “HUMAY” Azərbaycan Mədəniyyət Mərkəzidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR