Bank Of Baku

Azərbaycan Luvr muzeyinə 1 milyon avro ianə verib

Azərbaycan Luvr muzeyinə 1 milyon avro ianə verib
# 18 yanvar 2010 09:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan Luvr muzeyində xalçalar kolleksiyasının bərpasına 1 milyon avro ayırıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fransanın tanınmış “Fiqaro” qəzetinin 8 dekabr 2009-cu il buraxılışında ötən il ərzində Fransanın Luvr muzeyinə dünyanın müxtəlif dövlətləri, özəl şirkət və şəxslər tərəfindən edilmiş könüllü ianələr haqqında məlumat dərc olunub. Məlumatda bildirilir ki, Luvr muzeyinin islam incəsənətinə həsr olunmuş yeni guşənin yaradılmasında Fransa xeyriyyəçiləri ilə yanaşı bir sıra müsəlman ölkələri (Mərakeş, Oman, Küveyt), o cümlədən Azərbaycan da öz töhfəsini verib. Luvr muzeyindən verilən məlumata əsasən, ölkəmiz tərəfindən ayrılmış bir milyon avro muzeyin xalçalar kolleksiyasının bərpa edilməsinə yönəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR