Bank Of Baku

Rusiyanın mədəniyyət naziri Azərbaycana gələcək

Rusiyanın mədəniyyət naziri Azərbaycana gələcək
# 19 yanvar 2010 14:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Yaxın günlərdə Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur. Səfər zamanı Azərbaycanla Rusiya arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılacaq. Rusiya və Azərbaycanın mədəniyyət nazirlikləri arasında müvafiq tədbirlər planı mövcuddur. Biz işlərimizi o anlaşmaya uyğun aparırıq”. Bunu APA-nın sualına cavabında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq çərçivəsində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur: “Bu, ayrı-ayrı mövzularda keçiriləcək tədbirlər olacaq. Rusiyanın mədəniyyət naziri gəldikdən sonra biz bu tədbirlərin təfərrüatı barədə daha geniş danışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR