Bank Of Baku

Nazir: “Azərbaycanın verdiyi 1 milyon avro Luvr Muzeyində saxlanılan xalçalarımızın bərpasına və sərgilərin keçirilməsinə sərf olunub”

Nazir: “Azərbaycanın verdiyi 1 milyon avro Luvr Muzeyində saxlanılan xalçalarımızın bərpasına və sərgilərin keçirilməsinə sərf olunub”
# 19 yanvar 2010 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan hökumətinin Parisin Luvr Muzeyinə təqdim etdiyi 1 milyon avro məbləğində vəsait həmin muzeydə saxlanılan Azərbaycan xalçalarının bərpasına və sərgilərin keçirilməsinə sərf olunub. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir bu əməkdaşlığın üç il öncə Luvr Muzeyinin rəhbərliyinin muzeydə İslam və Şərq mədəniyyətinin xüsusi modelinin yaradılması ilə bağlı müraciəti əsasında həyata keçirildiyini vurğulayıb: “Azərbaycan da bu müraciətə öz töhfəsini verərək, Luvr Muzeyinə 1 milyon avro təqdim elədi. Luvr Muzeyi vəsaitin həmin muzeydə saxlanılan Azərbaycan xalçaların bərpasına və onların nümayişinə həsr olunması barədə hesabat verdi. Bu bizim üçün çox vacibdir”.

Ə. Qarayev bildirib ki, Luvr Muzeyi ilə Azərbaycan arasında çox möhkəm əlaqələr mövcuddur: “Azərbaycan incəsənətinin, mədəniyyətinin Luvr Muzeyində nümayiş olunması heç bir vəsaitlə ölçülməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR