Bank Of Baku

“Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə olunub

“Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə olunub
# 19 yanvar 2010 15:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə olunub. Komitə sədri Nizami Cəfərov deyib ki, sənədə təklif edilən dəyişiklik qanunun daha da təkmilləşdirilməsi məqsədi daşıyır. O bildirib ki, təklif olunan dəyişikliyə əsasən arxeoloji qazıntıların aparılmasına yalnız müvafiq icra hakimiyyəti orqanın razılığı olduqdan sonra icazə veriləcək: “Təklif olunan dəyişikliyə əsasən mühəndis kommunikasiyaları, müdafiə obyektləri, şəhərsalma, dini abidələr, hidrotexniki qurğular istisna olmaqla, yerli əhəmiyyətli memarlıq abidələri qanunvericiliyə uyğun olaraq özəlləşdirilə bilər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanı ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Müzakirələrdən sonra sənəd parlamentin yaz sessiyasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR