Bank Of Baku

Misirdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Misirdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
# 20 yanvar 2010 22:42 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. Yanvarın 24-dən 28-dək Misirdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, yanvarın 24-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları başda olmaqla 77 nəfərlik nümayəndə heyəti Misirə yola düşəcək.
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində yanvarın 25-də Qahirə Opera Evində, yanvarın 27-də isə İsgəndəriyyə şəhərinin Seyid Dərviş Teatrında tədbirlər keçiriləcək.
Misirə səfər çərçivəsində Nazirliyin əməkdaşları Qahirə Opera Evinin direktoru, İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Siracəddin və digər rəsmi şəxslərlə görüşlər keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR