Bank Of Baku

Azərbaycan prezidenti Bakıda xalq qəhrəmanı Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə tanış olub

Azərbaycan prezidenti Bakıda xalq qəhrəmanı Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə tanış olub
# 21 yanvar 2010 18:12 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nəsimi rayonunda Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə yerləşən parkda xalq qəhrəmanı Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə tanış olub.

APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev və xanımı abidənin hazırlanacağı emalatxanada və ucaldılacağı parkda olaraq, işlərin gedişi ilə maraqlanıblar.

Abidənin memarı Tokay Məmmədov bildirib ki, xalq qəhrəmanı Koroğlunun abidəsi igidlik və qəhrəmanlıq elementləri ilə yanaşı, özündə Vətənə və xalqa sədaqət hisslərini birləşdirəcək. Gənc nəslin vətənpərvərlik ruhda tərbiyəsində abidənin müstəsna əhəmiyyətinin olacağı da vurğulanıb.

Qeyd edək ki, prezident İlham Əliyev 2009-cu il dekabrın 3-də Bakı şəhərində xalq qəhrəmanı Koroğluya abidə ucaldılması ilə bağlı sərəncam imzalayıb. Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Nəsimi rayonunda Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə yerləşən parkda abidə üçün yer müəyyənləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR