Bank Of Baku

Bəstəkarlar İttifaqında “Muğamın hüdudsuz aləmi” adlı 50 dəqiqəlik film nümayiş olunub

Bəstəkarlar İttifaqında “Muğamın hüdudsuz aləmi” adlı 50 dəqiqəlik film nümayiş olunub
# 22 yanvar 2010 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) ötən ilin martında Azərbaycanda keçirilən I Beynəlxalq Muğam Festivalına həsr olunmuş filmin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimatda çıxış edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, son onilliklərdə Şərq xalqlarının ənənəvi musiqisinin özünəməxsus növlərinin, o cümlədən Azərbaycan Muğamının qorunması və inkişafı ümumdünya miqyasında diqqət mərkəzinə çəkilib: “YUNESCO-nun Bəşəriyyətin Şifahi və Qeyri-maddi İrsinə dair Şah Əsərləri Dünya Siyahısına Azərbaycan Muğamının daxil edilməsi bu musiqi ənənəsinin böyük bədii dəyərə və mədəniyyətlərarası potensiala malik olduğunu sübut edir: “I Beynəlxalq Muğam Festivalının təşkili və həmin festivalda iştirak edən qonaqların sayı, eləcə də miqyası muğam sərvətimizə olan maraqdan xəbər verirdi. Muğamın son illər bu səviyyəyə çatması, eləcə də bu cür beynəlxalq layihənin həyata keçirilməsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır”. F. Əlizadə bu festivalın hər iki ildən bir ənənəvi olaraq həyata keçiriləcəyini qeyd edib və bu ilin hər ayında artıq növbəti festivala hazırlıq məqsədi ilə “II Beynəlxalq Muğam Festivalı ərəfəsində” treninqlər və görüşlərin keçirilməsinə başlanılacaq. Eyni zamanda ABİ sədri bu festivalla bağlı xüsusi kataloqların və kitabçaların hazırlanacağını da vurğulayıb.

Tədbirdə daha sonra Firəngiz Əlizadənin rəhbərliyi və müəllifliyi ilə hazırlanan “Muğamın hüdudsuz aləmi” adlı 50 dəqiqəlik film nümayiş olunub. Filmin başlanğıcında Bəhram Mansurovun ifasında “Bayati - şiraz” muğamından istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR