Bank Of Baku

Bakıda Rusiya, Moskvada isə Azərbaycan filmləri həftələri keçiriləcək

Bakıda Rusiya, Moskvada isə Azərbaycan filmləri həftələri keçiriləcək
# 25 yanvar 2010 11:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu il Azərbaycanda Rusiya filmləri, Rusiyada isə Azərbaycan filmləri həftələri keçiriləcək. APA-nın məlumatına görə, bunu Rusiyanın tanınmış rejissoru Vadim Abduraşitov deyib. O, Azərbaycanda güclü dramaturgiya potensialının olduğunu söyləyib və Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda gənc azərbaycanlı rejissorlar üçün emalatxana yaratmağı təklif edib. V. Abduraşitov bildirib ki, Rusiyada fəaliyyət göstərən rejissor Murad İbrahimbəyov atası Maqsud İbrahimbəyovun əsəri əsasında film çəkib və bu film Rusiya ilə Azərbaycan arasında kino sahəsində əməkdaşlığın ilk qaranquşu olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR