Bank Of Baku

“Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması” mövzusunda konfrans keçiriləcək

“Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması” mövzusunda konfrans keçiriləcək
# 26 yanvar 2010 10:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkilatçılığı ilə “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması” mövzusunda konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, yanvarın 27-də keçiriləcək bir günlük konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı Antun Vandenhov, BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının rəhbəri Paskal Mej Vaqner, BQXK-nın regional nümayəndəsi Anastasiya Kuşleyko, Hollandiya Xarici İşlər Nazirliyindən Naut fon Vudenberq və başqaları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR