Bank Of Baku

Əbülfəs Qarayev: “Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycana məxsus 25 musiqi məktəbi, 4 rəsm qalereyası, 40 minə qədər muzey eksponatları məhv edilib” - FOTO

Əbülfəs Qarayev: “Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycana məxsus 25 musiqi məktəbi, 4 rəsm qalereyası, 40 minə qədər muzey eksponatları məhv edilib”  - <font color=red>FOTO</font>
# 27 yanvar 2010 09:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yanvarın 27-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə “Silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunmasına” həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən mədəniyyət və turizm naziri qeyd edib ki, tədbirdə 6 ölkənin eksperti iştirak edir. Nazir deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycana məxsus 25 musiqi məktəbi, 4 rəsm qalereyası, 40 minə qədər muzey eksponatları məhv edilib.

Ə. Qarayevin sözlərinə görə, keçirilən bu konfrans Azərbaycanın bilik səviyyəsinin artırılmasında böyük rol oynayacaq. Nazir bildirib ki, dəyirmi masa iştirakçılara öz ideyalarını və silah münaqişə şəraitində mədəni dəyərlərin qorunması haqda 1954-cü ilin Haaqa Konvensiyasının və iki Əlavə Protokolun implementiyasiyası zamanı topladıqları təcrübəni bölüşməyə imkan yaradır: “Müqavilələr bildirir ki, silahlı münaqişələr zamanı mədəni dəyərlər heç bir düşmən münasibətə məruz edilməməli və onların dağıdılmasına, onlara zərər vurmasına gətirib çıxara biləcək məqsədlər üçün istifadə olunmamalıdır. Azərbaycan 1954-cü ilin Haaqa Konvensiyasına və I protokola 1993-cü ildə, II protokola isə 2000-ci ildə qoşulub. Haaqa konvensiyası potensial ola biləcək və dağıdılmağa məruz qala biləcək abidələrin, əşyaların, muzeylərin qorunmasına böyük önəm verir. Azərbaycan bu primitiv ölçüləri götürməyə hazırdır”.

Nazir Haaqa konvensiyasına əlavə olunmuş düzəlişlərin üzərində işin daha mükəmməl təşkil olunmasının vacibliyini vurğulayıb: “Etiraf edirəm ki, işğal olunmuş torpaqlarda və Azərbaycandan kənarında saxlanılan maddi-mədəni irsimizin vəziyyətinə biz daim nəzər salmalıyıq. Ona görə də bu konfrans olduqca vacibdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən və nazirlik tərəfindən birgə təşkil olunmuş konfransda bizim bütün qoruqların və muzeylərin rəhbərləri iştirak edirlər”.

BQXK-nın ölkədəki nümayəndəliyinin başçısı Tun Vantenhov da konfransın keçirilməsini önəmli addım kimi qiymətləndirib. Konfransda çıxış edən BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının rəhbəri Paskal Meyg Vagner deyib ki, silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunmasını tənzimləyən qaydalar beynəlxalq hüququn bir hissəsidir. O, bu görüşün həmin qaydalara riayət olunmasını necə gücləndirməyin yollarını birgə araşdırmağa imkan yaratdığını da vurğulayıb.

Konfrans işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR