Bank Of Baku

“Türk Musiqi Birliyi”nin rəhbəri: “Türkdilli xalqların musiqilərini dünyaya tanıtmaq istəyirik”

“Türk Musiqi Birliyi”nin rəhbəri: “Türkdilli xalqların musiqilərini dünyaya tanıtmaq istəyirik”
# 28 yanvar 2010 11:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Türk Musiqi Birliyi” (TMB) televiziya kanalının Azərbaycanda səfərdə olan nümayəndə heyəti mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, televiziyanın rəhbəri Naim Burak Elçi bildirib ki, yeni yaradılan televiziya kanalı türkdilli xalqların yeni musiqilərinin yayımı ilə məşğul olur. O, televiziyanın türkdilli xalqların ilk ortaq telekanalı olduğunu deyib: “Biz bütün dünyaya modern türk musiqisini tanıtmaq istəyirik. Sizin ölkənizdə də Tarkanlar, Sezen Aksular, İbrahim Tatlısəslər var. Sadəcə, onları dünyaya tanıtmaq lazımdır. Biz pulla iş görmürük, yalnız ən yaxşıları seçirik. Hələlik Türksat vasitəsilə yayımlanırıq. Ancaq fikrimiz var ki, yaxın vaxtlarda kabel vasitəsilə də yayıma keçək. Bizim yaratdığımız ortaq musiqi kanalı böyük maraqla qarşılanıb”.

Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Bülənt Uğur yeni yaradılan ortaq türk televiziyasının böyük uğur qazanacağına inandığını söyləyib. Onun sözlərinə görə, bu musiqi kanalında yalnız keyfiyyətli sənət əsərləri yayımlanmalıdır.

Qeyd edək ki, artıq TMB-də Azərbaycan müğənnilərdən İradə İbrahimova və Faiq Ağayevin ifalarında mahnılar səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR