Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyində bir sıra yeni təyinatlar olub

Mədəniyyət və Turizm Nazirliyində bir sıra yeni təyinatlar olub
# 28 yanvar 2010 11:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyində bir sıra yeni təyinatlar olub. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Anar Əmirov Ağdam rayon Heydər Əliyev muzeyinin, Ramail Atayev Gəncə şəhər Uşaq incəsənət məktəbinin, Akif Əliyev Samux rayon Qarayeri qəsəbə uşaq musiqi məktəbinin və Vitali Mehdiyev Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbinin direktoru vəzifəsinə təyin olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR