Bank Of Baku

Minskdə keçiriləcək beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan və Qarabağla bağlı nəşrlər nümayiş olunacaq

Minskdə keçiriləcək beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan və Qarabağla bağlı nəşrlər nümayiş olunacaq
# 28 yanvar 2010 11:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Fevralın 10-14-də Belarusun paytaxtı Minskdə keçiriləcək XVII Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan da təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, artıq nazirlik yarmarkada xüsusi stend icarəyə götürüb. Sərgi zamanı son illər Azərbaycanda işıq üzü görmüş, zəngin məzmuna və yüksək poliqrafik keyfiyyətə malik 100-dən çox adda kitabın nümayişi nəzərdə tutulub. Azərbaycan, Qarabağ həqiqətləri və nəşrlər haqqında ziyarətçilərə məlumat vermək üçün Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbərinin müavini, kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Elbəy Əli, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, “E.L.” nəşriyyatının direktoru Cəfər Bağırov və “Şirvannəşr”in direktoru Qəşəm İsabəylidən ibarət heyət də Minsk şəhərinə ezam olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR