Bank Of Baku

Dövlət Gənc Tamaşaçılar Teatrı Qazax, Şəmkir və Gədəbəy rayonlarında tamaşalar nümayiş etdirir

Dövlət Gənc Tamaşaçılar Teatrı Qazax, Şəmkir və Gədəbəy rayonlarında tamaşalar nümayiş etdirir
# 29 yanvar 2010 12:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Qazax, Şəmkir və Gədəbəy rayonlarına qastrol səfərinə yollanıb. Teatrdan APA-ya verilən məlumata görə, səfərə teatrın 20 nəfərlik yaradıcı heyəti qatılıb.

Regionların İnkişafı İctimai Birliyi və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında gerçəkləşən səfərdə kollektiv Nicat Kazımovun quruluşunda Nizami Gəncəvinin “Xeyir və Şər” tamaşası ilə çıxış edir. Rollarda teatrın aktyorları Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Günel Məmmədova, Elnur Kərimov, Elşən Şıxəliyev, Mehriban Hüseynova, Manaf Dadaşov, Ceyhun Məmmədov, Nigar Məmmədova, Zümrüd Hüseynova və Anar Səfiyev çıxış edirlər. Səfər çərçivəsində teatr kollektivinin ifasında Şekspirin “Otello” tamaşası da təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR