Bank Of Baku

Şuşa Dövlət Musiqili-Dram Teatrı “Dəniz kənarı ilə qaçan alabaş” tamaşasının premyerasını keçirəcək

Şuşa Dövlət Musiqili-Dram Teatrı “Dəniz kənarı ilə qaçan alabaş” tamaşasının premyerasını keçirəcək
# 29 yanvar 2010 14:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Şuşa Dövlət Musiqili-Dram Teatrı Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş” tamaşasının premyerasını keçirəcək. Teatrdan APA-ya verilən məlumata görə, tamaşanın nümayişi fevralın 2-də Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında baş tutacaq. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Orxan Kərimovdur. Rollarda əməkdar artist Şükufə Musayeva, artistlər İqrar Salamov, Ramil Zeynalov, Mahir Mirişov, Rasəf Mehdiyev, Aybəniz Əhmədova, Zəhra Baxşəliyeva və Püstəxanım Zeynalov çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR