Bank Of Baku

Misirdə Azərbaycan Mədəniyyət Günləri keçirilib

Misirdə Azərbaycan Mədəniyyət Günləri keçirilib
# 01 fevral 2010 07:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Misirdə keçirilən Azərbaycan Mədəniyyət Günləri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Azərbaycan Mədəniyyət Günlərinə Qahirə Opera Evində Azərbaycan rəssamlarının əsərlərindən ibarət və Şahid Həbibullayevin şəxsi kolleksiyasından seçilən 110 eksponat - mis qablar sərgisinin açılışı ilə start verilib, daha sonra təntənəli açılış mərasimi Azərbaycan incəsənət ustalarının möhtəşəm konserti ilə davam etdirilib. Mərasimdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Misir Mədəniyyət Nazirliyinin rəsmisi Hüssam Nasra çıxış ediblər.

Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Süleyman Ələsgərovun, Tofiq Quliyevin əsərləri səslənib, Azərbaycan muğamları, aşıq musiqisi, Azərbaycan rəqsləri ifa olunub. Konsertdə xalq artistləri Azər Zeynalov, Nəzakət Teymurova, Mənsum İbrahimov, əməkdar artist Gülnaz İsmayılova, aşıq Samirə, əməkdar artistlər - tarzən Elçin Həşımov, kamançı Elnur Əhmədov, qarmon ifaçısı Etibar Qasımbəyli və başqaları çıxış ediblər. Xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının üzvləri milli rəqslər ifa ediblər.

Mədəniyyət günləri daha sonra Misirin qədim şəhəri İsgəndəriyyədə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR