Bank Of Baku

Qara Qarayevin doğum günü münasibətilə tədbir keçiriləcək

Qara Qarayevin doğum günü münasibətilə tədbir keçiriləcək
# 01 fevral 2010 10:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunda Qara Qarayevin anadan olmasının 92 illiyi münasibətilə tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, mərasimdə bəstəkarlardan Azərbaycanın xalq artisti Musa Mirzəyevin, əməkdar incəsənət xadimi Asya Sultanovanın (Moskva), Qara Qarayevin oğlu Fərəc Qarayevin (Moskva), Elnarə Dadaşovanın çıxışları nəzərdə tutulub. İştirakçılara Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR