“Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirən yarımfinalın qalibləri açıqlanıb - FOTOSESSİYA
APA-nın yarımfinalı izləyən əməkdaşının məlumatına görə, milli yarımfinal Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Yayım Şirkətinin təşkilatçılığı ilə keçirilib.
Milli yarımfinal Odlar Yurdunun simvolu olan odun zala gətirilməsi və əllərində od tutmuş rəqqasların çıxışı ilə başlayıb.
Daha sonra səhnəyə “Eurovision -2009” müsabiqəsində Azərbaycanı təmsil edən və üçüncülük qazanan AySel Teymurzadə çıxıb, o müsabiqənin hitinə çevrilmiş “Always” mahnısını ifa edib. Səhnənin arxasında quraşdırılmış böyük ekranda isə AySel Teymurzadə və Araşın Moskvadakı çıxışları, eləcə də orada keçirdikləri mətbuat konfransları və görüşləri nümayiş etdirilib. Yarımfinal konsertinin aparıcılıq missiyası İlham Qasımov və Hüsniyyə Məhərrəmovayahəvalə olunub. Aparıcılardan İlham Qasımov yarımfinalı Azərbaycan, Hüsniyyə Məhərrəmova ingilis dilində idarə edib. AySel Teymurzadənin növbəti çıxışı isə İsveçdə yazdırdığı, musiqisi duet ortağı Araşa məxsus olan “Fallin’g” mahnısı olub. Ötən ilki ölkə təmsilçisi yarımfinal iştirakçılarına uğurlar arzulayıb.
Səhnəyə dəvət olunan gecənin sürpriz qonaqları sırasında olan “Eurovision-2004” müsabiqəsinin qalibi Ruslana üç mahnı ifa etdikdən sonra, Azərbaycan tamaşaçılarını salamlayıb. Sənətçi Azərbaycan səhnəsində çıxışından məmnunluq duyduğunu dilə gətirib. Bir neçə ifadan sonra zala tamaşaçıların yanına enən Ruslana, milli yarımfinalı izləməyə gələn Eurovision TV-nin sabiq baş direktoru Byorn Erikssonla görüşüb: “Azərbaycanı çox sevirəm və hər birinizi bağrıma basıb öpürəm. Mən Azərbaycana olan sevgimi heç bir sözlə ifadə edə bilmirəm. Hər zaman sizlərin qarşısında çıxış etməkdən məmnunluq hissi duymuşam”.
Ruslana hər zaman olduğu kimi ifası ilə yanaşı, öz rəqqasları ilə birgə möhtəşəm rəqs göstərisi də nümayiş etdirib. Ruslana Bakı tamaşaçıları qarşısında ağ geyimdə repertuarında olan ən populyar mahnıları ərməğan edib.
Yarımfinalda Azərbaycanı 55-ci “Eurovision” müsabiqəsində təmsil etmək iddiasında olan 6 namizəddən “Milk&Kisses” qrupu sözləri qrup üzvləri Fəridə Nelson ilə Dilarə Kazımovaya, musiqisi Dilarə Kazımova və “Unformal” qrupunun üzvü, dj Vuperə məxsus olan “İ am on fire” (“Mən yanıram”) mahnısını ifa edib. Əsas məğzi ehtiras olan mahnıya uyğun da rəqs nömrəsi nümayiş etdirilib.
“Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün Almaniyadan milli seçim turlarına qatılan, əslən azərbaycanlı olan Elli Miçiyeva sözləri özünə və Paulinaya, musiqisi İsa Məlikova məxsus olan “Up, up” (“Yüksəklərə, daha da yüksəklərə”) mahnısını ifa edib.
Namizədlər arasında yeganə oğlan olan Azad Şabanov sözləri Zəhra Bədəlbəyliyə, musiqisi Vaso kimi tanınan Vüsal Qarayevə məxsus olan “Smile” (“Təbəssüm”) mahnısı ilə çıxış edib.
Digər namizəd, əsasən caz musiqisi ifaçısı kimi tanına Ülviyyə Rəhimova sözləri özünə, musiqisi bəstəkarlar Sergey Quliyev və Samir Əsədova məxsus olan “İn love” (“Vurulmaq”) mahnısını təqdim edib.
Namizədlər arasında yaşca ən kiçiyi olan Səfurə Əlizadə sözləri Günel Musayeva və Zəhra Bədəlbəyliyə, musiqisi Elvin Musayevə məxsus olan “Söz ver” mahnısını ifa edib. “Nero” rəqs qrupu namizədi rəqsləri ilə müşayiət edib. Mahnısının yarısını Azərbaycan, yarısını isə ingilis dilində ifa edən Səfurə Əlizadə, saksofonda da ifasını nümayiş etdirib.
Sonuncu namizəd Məryəm Şabanova sözləri və musiqisi özünə məxsus olan “İ have had enough” (“Məndən bu qədər”) mahnısını ifa edib. Namizəd səhnəyə “Spider” şou-balet rəqs qrupu ilə birgə çıxıb.
Onu da bildirək ki, namizədlərin təqdim etdikləri musiqi nömrələrində milli elementlərdən və milli musiqi alətlərindən istifadə olunub.
Namizədlərin ifaları başa çatdıqdan sonra isə “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak səhnəyə çıxıb və maraqlı çıxışı ilə yadda alıb.
Qalib ifaçıdan sonra Milli Münsiflər heyətinin üzvləri İTV-nin baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev səhnəyə dəvət olunub.
Münsiflər heyətinin sədri İsmayıl Ömərov artıq ikinci dəfədir ki, fevralın 2-də milli seçimin keçirildiyini bildirib. Münsiflər heyətinin qərarı ilə 6 namizəddən “Milk&Kisses” qrupu, Səfurə Əlizadə, Məryəm Şabanova finala vəsiqə qazanıb.
Məhz bu üç nəfərdən biri “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisi seçiləcək.
Qeyd edək ki, “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi keçirilən milli yarımfinal konserti İTV ilə yanaşı, “TRT Avaz” və Gürcüstanın İctimai Televiziyasında da canlı yayımlanıb.
Mədəniyyət siyasəti
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək
Xəbər Lenti
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb