Bank Of Baku

Məşhur ukraynalı soprano Viktoriya Çenskaya Azərbaycan Opera və Balet Teatrında çıxış edəcək - FOTO

Məşhur ukraynalı soprano Viktoriya Çenskaya Azərbaycan Opera və Balet Teatrında çıxış edəcək - <font color=red>FOTO</font>
# 03 fevral 2010 12:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operasının nümayişi keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr rəhbərliyi Ukrayna Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların Sloveniyada keçirilən Ondina Otta adına beynəlxalq müsabiqəsinin “Qran-pri” mükafatı və qızıl medalının sahibi Viktoriya Çenskayanı baş rola dəvət edib. V. Çenskaya İspaniyanın Barselona şəhərində keçirilən Beynəlxalq Opera Sənəti Festivalında Viktoriya Toska partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş xüsusi mükafata layiq görülüb. Avropa mətbuatı onu “dünya operasının qızıl səsi”, “dünya operasının ulduzu, ən parlaq aktrisası” adlandırır.

“Toska” operasında V. Çenskaya ilə yanaşı, Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solistləri – xalq artisti Azər Zeynalov (Kavaradossi), əməkdar artist Əvəz Abdullayev (Skarpia) da çıxış edəcəklər. Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR