Bank Of Baku

Qara Qarayevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək

Qara Qarayevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək
# 03 fevral 2010 13:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkar Qara Qarayevin anadan olmasının 92 ildönümü ilə əlaqədar tədbir keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhz bəstəkarın doğum günündə, yəni fevralın 5-də Bəstəkarlar İttifaqının rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanda Qara Qarayevin məzarını ziyarət edəcək və xatirəsini yad edəcəklər. Həmin gün Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Kamera konsert salonunda isə “Qara Qarayev tələbələrinin xatirəsində” adlı kitab – albomun təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan bəstəkarı Qara Qarayev 1918-ci ilin fevralın 5-də anadan olub. Bu il bəstəkarın anadan olmasının 92 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR