Bank Of Baku

Rejissor Kamil Rüstəmbəyovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Rejissor Kamil Rüstəmbəyovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 03 fevral 2010 15:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 3-də Muzey Mərkəzində Azərbaycanın görkəmli kino və televiziya rejissoru Kamil Rüstəmbəyovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən kinoşünas Aydın Kazımzadə rejissorun milli kino və televiziya tarixində özünəməxsus yeri olduğunu deyib. O, K. Rüstəmbəyovun “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır”, “Gözlə məni” bədii filmlərinə, “Mahnı qanadlarında” film-konsertinə quruluş verdiyini söyləyib: “Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunub. “Axırıncı aşırım” kinoromanı isə 1972-ci ildə Tiflisdə keçirilən V Ümumittifaq Kinofestivalında nümayiş etdirilib”.

Tədbirdə xalq artistləri Nuriyyə Əhmədova, Rasim Balayev, rejissor Əbdül Mahmudbəyli və başqaları çıxış ediblər. Yubiley gecəsində K. Rüstəmbəyovun həyat və yaradıcılığını əks etdirən fotosərgi də nümayiş olunub. Böyük ekranda isə onun rejissoru olduğu filmlərdən fraqmentlər göstərilib.

Qeyd edək ki K. Rüstəmbəyov 1991-ci ildə vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR