Bank Of Baku

Meksikada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Meksikada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 03 fevral 2010 15:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 7-10-da Meksika Birləşmiş Ştatlarında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Mədəniyyət Günlərində nümayiş etdirilmək üçün Azərbaycan haqqında xüsusi verilişin hazırlanması məqsədilə meksikalı çəkiliş qrupunun Azərbaycana səfəri gözlənilir.
Martın 4-dən 8-dək isə Kuba Respublikasında Azərbaycan-Kuba hökumətlərarası komissiyasının 3-cü iclası zamanı Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Azərbaycan haqqında veriliş hazırlanması və öncədən yayımlanması məqsədilə kubalı çəkiliş qrupu 24-30 yanvar tarixilərində Azərbaycanda səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR