Bank Of Baku

Klassik Musiqisevərlər Klubunda bəstəkar Qara Qarayevə həsr olunmuş tədbir keçirilib - FOTO

Klassik Musiqisevərlər Klubunda bəstəkar Qara Qarayevə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTO</font>
# 03 fevral 2010 16:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunda SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 92 illiyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Musiqi Mədəniyyət Muzeyinin direktoru Alla Bayramova Qara Qarayevə məxsus irsin bir hissəsinin Sankt- Peterburqdan Azərbaycana gətirildiyini bildirib. O qeyd edib ki, bu irsə Qara Qarayevə məxsus not əlyazmaları, teatr tamaşaları üçün səsyazmalar daxildir. Tədbirdə xalq artistləri Arif Məlikov, Musa Mirzəyev, əməkdar incəsənət xadimi Arif Qazıyev çıxış edərək Qara Qarayevin həyat və yaradıcılığına nəzər salıblar. Mərasimdə bəstəkarlardan Azərbaycanın xalq artisti Musa Mirzəyev, əməkdar incəsənət xadimi Asya Sultanova, Qara Qarayevin oğlu Fərəc Qarayev, Elnarə Dadaşova çıxış ediblər. Anım mərasimində Akademik Opera və Balet Teatrının solistləri Gülyaz İsmayılova, Səbinə Əsədova və başqalarının iştirakı ilə konsert proqramı ilə nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR