Bank Of Baku

“40-cı qapı” “Odun ruhu” beynəlxalq festivalında Azərbaycanı təmsil edəcək

“40-cı qapı” “Odun ruhu” beynəlxalq festivalında Azərbaycanı təmsil edəcək
# 09 fevral 2010 14:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 26-dan martın 4-dək Rusiyanın Xantı-Mansı şəhərində debüt filmlərin “Odun ruhu” adlı VIII beynəlxalq festivalı keçiriləcək. APA-nın məlumatına görə, festivalda Azərbaycan Elçin Musaoğlunun “40-cı qapı” filmi ilə təmsil olunacaq. “Odun ruhu” mükafatı uğrunda 9 film mübarizə aparacaq.

Qeyd edək ki, “40-cı qapı” bədii filmi dövlət sifarişi ilə “Ritm production”da çəkilib. Filmin prodüseri Xaqani Savalan, ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Baş rollarda Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və başqaları çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR