Bank Of Baku

Azərbaycanda bəzi kitabxanalar bağlanacaq

Azərbaycanda bəzi kitabxanalar bağlanacaq
# 09 fevral 2010 15:27 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Ölkənin ucqar yaşayış məntəqələrində yerləşən, hətta şəhər və rayon mərkəzlərindəki bəzi kitabxanalar bağlanacaq. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Bərdə rayonunda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, ölkə ərazisindəki bütün kitabxanaların fəaliyyəti araşdırılır: “Fəaliyyətində qüsur olan, yararsız binalarda, hətta yaşayış evlərində yerləşən kitabxanalar oxuculara yetərincə xidmət göstərə bilməməklə yanaşı, həm də dövlət vəsaitinin havayı xərclənməsinə səbəb olur. Bunun qarşısını almaq üçün nazirlik qısa müddətdə tədbirlər planı həyata keçirəcək”.

Əbülfəz Qarayev onu da əlavə edib ki, SSRİ dövründə inzibati idarə və təşkilatlarda, kolxoz və sovxoz binalarında yerləşən büstlər, ideoloji çağırışları əks etdirən lövhələr toplanacaq. Bu materialların toplanıb nümayiş etdirilməsi üçün paytaxt ətrafında ərazi ayrılacaq. Bu məkan bir növ açıq səma altında muzey kimi fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR