Bank Of Baku

Naxçıvanda Şahtaxtinskilər Muzeyi yaradılacaq

Naxçıvanda Şahtaxtinskilər Muzeyi yaradılacaq
# 10 fevral 2010 07:00 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev – APA. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda Şahtaxtinskilər Muzeyi yaradılacaq. APA-nın xəbərinə görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Şahtaxtinskilərin Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, parlamentarizmin, dövlət quruculuğunun və hərb sənətinin inkişafındakı xidmətləri, həyat və fəaliyyətləri ilə bağlı tədqiqat işlərinin aparılmasının vacibliyi, onların keçdikləri şərəfli yolun vətənpərvərlik tərbiyəsində böyük təsir gücünə malik olması nəzərə alınaraq Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyi yaradılacaq.

Naxçıvan MR Nazirlər Kabinetinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR