Bank Of Baku

Görkəmli opera ifaçısı İrina Arxipova dünyasını dəyişib

Görkəmli opera ifaçısı İrina Arxipova dünyasını dəyişib
# 11 fevral 2010 08:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Görkəmli opera ifaçısı, SSRİ xalq artisti İrina Arxipova 86 yaşında vəfat edib. APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, o Moskva xəstəxanalarından birində müalicə alırmış.
İ. Arxipova bu ilin yanvar yayında 85 illik yubileyini qeyd edib. O, Qlinka adına Moskva Beynəlxalq vokalçılar müsabiqəsinin münsiflər heyətinin daimi sədri olub. Bu il ərzində Rusiyanın müxtəlif şəhərlərində İ. Arxipovanın yubileyinin qeyd olunması nəzərdə tutulurdu.
İ. Arxipova 1925-ci il yanvarın 2-də Moskvada anadan olub. Uzun illər Rusiyanın Böyük Teatrının səhnəsində çıxış edib. İ. Arxipova Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya dövlət mükafatı laureatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR