Bank Of Baku

“Qara Qarayev – tələbələrinin xatirəsində” kitabının təqdimatı keçirilib - FOTO

“Qara Qarayev – tələbələrinin xatirəsində” kitabının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 11 fevral 2010 12:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında “Qara Qarayev – tələbələrinin xatirəsində” kitabının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib ki, kitabda Azərbaycanın dahi bəstəkarı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları Laureatı Qara Qarayevin 40 illik pedaqoji fəaliyyəti zamanı onun sinfini bitirən tələbələrinin xatirələri cəmlənib: “Tələbə bəstəkarların xatirələri sırasında onun ənənələrini davam etdirən, artıq dünya miqyasında tanınan görkəmli bəstəkarlarımız az deyil. Onların arasında SSRİ xalq artistləri Rauf Hacıyev, Arif Məlikov, xalq artistləri Hacı Xanməmmədov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Sevda İbrahimova, Tofiq Bakıxanov, Polad Bülbüloğlu, Oqtay Zülfüqarov, Musa Mirzəyev, o cümlədən mən də varam. Bizim hər birimizin xatirələrində Qara Qarayevin ustad prortretinin cizgiləri, pedaqoji metodları, onunla bağlı hər hansı hadisə səmimi hisslərlə oxucuya çatdırılıb. Bu xatirələr ustad bəstəkarın həyatının müxtəlif illərini əks etdirən fotolarla müşayiət olunur”.

Təqdimat mərasimində bildirilib ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə ərsəyə gəlib.

Kitabın tərtibçi-redaktoru bəstəkar-musiqişünas Nərgiz Şəfiyevadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR