Bank Of Baku

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyi ilə əlaqədar silsilə sərgilər keçiriləcək - FOTO

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyi ilə əlaqədar silsilə sərgilər keçiriləcək - <font color=red>FOTO</font>
# 12 fevral 2010 10:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətinin 90 illiyi ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb. Bu barədə APA-ya məlumat verən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, artıq yubiley tədbirlərinə start verilib. Yubiley ili çərçivəsində muzeydə mart ayında Qarabağa həsr edilmiş sərgi təşkil olunacaq: “Sərgidə Qarabağ ərazisindən tapılmış bütün müxtəlif eksponatlar nümayiş olunacaq. Həm etnoqrafik, həm arxeoloji eksponatlar, həm müxtəlif sənədlər sərgidə öz əksini tapacaq. Eyni zamanda yubiley ili çərçivəsində müharibənin başa çatmasının və qələbənin 65 illiyinə həsr olunan sərginin təşkilini nəzərdə tuturuq. Bizim muzeydə II Dünya Müharibəsinə həsr olunmuş çoxsaylı eksponatlar var. Həmin sərgidə görkəmli sərkərdələrin, döyüşçülərimizin şəxsi əşyaları da nümayiş olunacaq”.

N. Vəlixanlının sözlərinə görə, Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş sərginin aprelin sonları, mayın əvvəlləri üçün keçirilməsi nəzərdə tutulur: “Bu il 90 yaşını qeyd edən Tarix Muzeyi təkcə Muzey Mərkəzi deyil, həmçinin elmi-maarif mərkəzi də olub və burada bütün arxeoloji və etnoqrafik ekspedisiyaların hamısı bilavasitə muzeydə aparılır. 2009-cu il üçün planlaşdırdığımız növbəti sərgilərdən biri də Azərbaycan dövlətçiliyinə həsr olunacaq. Oktyabr-noyabr aylarında keçiriləcək son sərgimizi isə bilavasitə muzeyin 90 illiyinə həsr etməyi düşünürük. Sərgi muzeyin tarixi, inkişaf yolu, muzeyimizdə fəaliyyət göstərən əməkdaşlar, ümumiyyətlə Tarix Muzeyinin Azərbaycan dövlətində və cəmiyyətində tutduğu mövqedən bəhs edəcək. Eyni zamanda həmin ərəfədə 90 illiklə bağlı beynəlxalq konfrans keçirməyi də nəzərdə tuturuq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR