Bank Of Baku

Ramiz Quliyev Ankara, İstanbul, İzmir və Şanlıurfada solo konsertlərlə çıxış edəcək - FOTO

Ramiz Quliyev Ankara, İstanbul, İzmir və Şanlıurfada solo konsertlərlə çıxış edəcək - <font color=red>FOTO</font>
# 15 fevral 2010 08:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xalq artisti, professor tarzən Ramiz Quliyev Ankara Dövlət Türk Milli Orkestrinin dəvəti ilə 19 fevral – 2 mart tarixlərində Ankara, İstanbul, İzmir və Şanlıurfa şəhərlərində solo konsertlərlə çıxış edəcək. Bu barədə APA-ya məlumat verən xalq artisti bildirib ki, konsertlərdə ilk dəfə olaraq həmin orkestrin müşayiəti ilə onun ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, klassik Azərbaycan muğamları səslənəcək. Konsertlərdə orkestrə Türkiyədə yaşayan həmyerlimiz, istedadlı musiqiçi Abdulla Qurbani dirijorluq edəcək.

Səfər zamanı Mədəniyyət və Turizm Nazirliyinin dərs vəsaiti kimi nəşr olunan Ramiz Quliyevin “Azərbaycan bəstəkarlarının əsərləri” məcmuəsinin Türkiyədə təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub. Bununla bərabər Ramiz Quliyevin Türkiyə ali musiqi təhsil ocaqlarında ustad dərsləri də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR