Bank Of Baku

Qətərdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinə hazırlıq görülür

Qətərdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinə hazırlıq görülür
# 15 fevral 2010 13:10 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Qətərdə səfərdədir. APA-nın məlumatına görə, nazir müavini bu gün Qətərin mədəniyyət və incəsənət naziri Həmd ibn Əbdul Əziz ilə görüşüb. Görüşdə Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də iştirak ediblər. Görüşdə iki dövlət arasında mədəniyyət sahəsində əməkdaşlıq perspektivləri, 2010-cu ildə Qətərin Ərəb Mədəniyyəti Paytaxtı seçilməsi münasibətilə bu ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi ilə bağlı hazırlıq prosesi müzakirə olunub. Qeyd edək ki, “Bakı İslam Mədəniyyətinin Paytaxtı 2009” tədbirləri çərçivəsində Bakıda Qətər Mədəniyyət Günləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR