Bank Of Baku

İdman rəqsləri üzrə Bakı şəhər birinciliyi keçirilib

İdman rəqsləri üzrə Bakı şəhər birinciliyi keçirilib
# 15 fevral 2010 14:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən idman rəqsləri üzrə Bakı şəhər birinciliyi keçirilib. APA-nın məlumatına görə, birincilikdə “Az-Art”, “Şane”, “Azəri inciləri”, “Neftçi”, “Olimp”, “Liman”, “Rovestnik”, “Çinar, “İmpuls” və s. İdman Rəqs Klublarını təmsil edən 130 idmançı iştirak edib.

Birinciliyin nəticələrinə görə, 1990-2000-ci il təvəllüdlülər arasında solo-1 üzrə İnara Abuseva – “Neftçi”, 1996-98-ci il təvəllüdlər arasında solo-2 üzrə Kamilla Manafova – “Azəri inciləri”, yeni siniflər – 2000-ci il təvəllüdlü və ondan kiçik yaşlılar arasında Mehdiyev Murad və Minayeva Alsu – “Çinar”, 1998-99-cu il təvəllüdlər arasında Yusifzadə Namiq və Əliyeva Aysel – “Şane”, 1996-98-ci il təvəllüdlər arasında Qaradavidov Aleksandr və Sadıqova Sevda – “Rovestnik”, uşaqlar arasında Abbasov Bahadur və Ahmedova Kamilla “Olimp”, yeniyetmələr – 1 arasında Minayev Şamil və Quliyeva Məhərrəm – “Neftçi”, yeniyetmələr – 2 arasında Məmmədov Arif və Nağıyeva Mira-“Olimp”, gənclər arasında Quliyeva Kamil və Qontaryova Alina “Azəri İnciləri” gözəl rəqsləri ilə bütün rəqiblərindən fərqlənərək birinciliyin qalibi adına layiq görülüblər.

Birincilikdə I, II və III yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR