Bank Of Baku

İordaniyada “Azərbaycan mədəni irsi” adlı sərgi təşkil olunub

İordaniyada “Azərbaycan mədəni irsi” adlı sərgi təşkil olunub
# 16 fevral 2010 08:19 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. İordaniyada Azərbaycanla bağlı sərgi təşkil olunub. APA-nın “Əl-Rəy” qəzetinə istinadən verdiyi xəbərə görə, İordaniya Universitetində “Azərbaycan mədəni irsi” adlı sərgi keçirilib. Sərgini azərbaycanlı tələbə Rəşad Əliyev və iordaniyalı professor Hadiya Xəzinə Əl-Kətibi təşkil edib.
Sərginin açılışına fakültənin dekanı, professor Auni Əl-Fauri və Azərbaycanın İordaniyadakı səfirliyinin üçüncü katibi Kənan Murtuzov da qatılıb. Sərgidə Azərbaycanın ən gözəl təbiət mənzərələri, Kür çayının fotoşəkilləri nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR