Bank Of Baku

Qətərdə mayın 11-14-də Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Qətərdə mayın 11-14-də Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 16 fevral 2010 11:55 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. Qətərdə Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi vaxtı məlum olub. APA-nın “Əl-Raya” qəzetinin verdiyi xəbərə istinadən, Qətərdə səfərdə olan Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bu ölkənin mədəniyyət nazirinin müavini Əli ibn Mүbarək ilə görüşüb. Tərəflər may ayının 11-14 tarixlərində Qətərdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığına gəliblər. Mədəniyyət günləri çərçivəsində Qətərdə “Leyli və Məcnun” operası, Azərbaycan xalçaları sərgisi nümayiş olunacaq, konsert proqramları təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR